2 iyun, 2018

12:00

Dənizkənarı Bulvar

Azərbaycan, Bakı

GECƏ KONSERTİ

HƏR KƏS ÜÇÜN GİRİŞ ÖDƏNİŞSİZDİR

FƏALİYYƏTLƏR

MÜXTƏLİF ƏYLƏNCƏLİ FƏALİYYƏTLƏR

LAYİHƏ

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkının administrasiyasının tərəfdaşlığı ilə “Avropa Şəhərciyi 2018” festivalı keçirəcəkdir. Tədbir bu il iyun ayının 2-də Bakının Milli Dənizkənarı Parkında (Bulvarda) təşkil olunacaqdır.
Avropa Şəhərciyi 2013-cü ildən etibarən ardıcıl olaraq bütün əhali üçün açıq ictimai məkanda keçirilən möhtəşəm bir ailəvi tədbirdir.
Festivalın keçirilməsinin məqsədləri azərbaycanlı gəncləri Avropa xalqlarının mədəniyyəti ilə tanış etmək, Avropa ilə Azərbaycan arasındakı münasibətləri inkişaf etdirməkdir. Festivalda Avropanın 22 ölkəsi ziyarətçiləri öz tarixi, mədəniyyəti, mətbəxi və turizm imkanları, eləcə də Avropada təhsil imkanları ilə tanış edəcəkdir.
Bir gün davam edəcək bu festivala heç kəs laqeyd qala bilməyəcək, belə ki, “Avropa Şəhərciyi” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaqdır. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir! “Avropa Şəhərciyi 2018” festivalının səhnəsində uşaqdan tutmuş böyüyə kimi hamını bir sıra sürprizlər gözləyir, belə ki, tədbirdə xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular təşkil olunacaq. Festival yerli və Avropadan dəvət olunmuş estrada ulduzlarının möhtəşəm konsert proqramı ilə yekunlaşacaqdır. Festivalın proqramı ilə tanış olmaq üçün sosial şəbəkələrdəki səhifələrimizi izləyin.
Beləliklə, öz ailə üzvləriniz ilə birlikdə əylənmək, xoş təəssüratlar, eləcə də yeni dostlar qazanmaq istəyən hər bir kəs Milli Dənizkənarı Parkda keçiriləcək “Avropa Şəhərciyi 2018” festivalına qonaq ola bilər. Avropa İttifaqını təmsil edən qonşularımızla görüşmək üçün “Avropa Şəhərciyi 2018” festivalına tələsin!

Festivala qalan vaxt


FESTİVALIN PROQRAMI

  • Avropa şəhərlərinə virtual tur (səyahət) – Bakını tərk etmədən Avropa şəhərlərinə unudulmaz virtual səyahət edin!
  • Elmi Şou – Müxtəlif heyranedici kimyəvi və fiziki eksperimentləri qaçırmayın.
  • Çoxsaylı müsabiqə və viktorinalar – Fərqli mövzularda keçiriləcək viktorinalarda iştirak edin və hədiyyələr qazanın.
  • Gül çələnglərinin hazırlanması – Bu master klassda siz təbii güllərdən gözəl çələngləri bizimlə birlikdə hazırlayacaqsınız.
  • 3D qələmlərlə qeyi-adi şəkillər çəkmək həm böyüklər həm də balacalar üçün çox maraqlı olacaq.
  • Milli və Avropa rəqs dərslərimiz isə heç kimi laqeyid qoymayacaq.
  • Səfirliklər və Mədəniyyət Mərkəzlərinin nümayəndələri tərəfindən keçirilən dil dərslərində fərqli dillərin əsaslarını birlikdə öyrənin.
  • AFFA tərəfidən hazırlanmış futbol zonasında dostlarınızla əyləncəli vaxt keçirə bilərsiniz.
  • Karaoke isə sizə öz musiqi istedadınızı yüzlərlə insana göstərmək imkanı verəcək.
  • Foto kabinəsində dostlarınız və ailənizlə şəkil çəkdirməklə siz bu gözəl günü heç vaxt unutmayacaqsınız.
P.S. Şəkillərinizlə şəbəkədə bölüşərkən, lütfən #Eurovillage xaştaqını yazmağı unutmayın.
  • Yemək zonalarında festivala gələn qonaqlar tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa edə biləcəklər.
  • Uşaqlar üçün Feys Art çox əyləncəli və unudulmaz olacaq!
  • Şahmat zonasında sizi professional rəqiblərə maraqlı şahmat partiyaları gözləyir.

İŞTİRAKÇI ÖLKƏLƏR


  • Avstriya
  • Belçika
  • Bolqarıstan
  • Xorvatiya
  • Çexiya Respublikası
  • Estoniya
  • Finlandiya
  • Fransa
  • Almaniya
  • Yunanıstan
  • Macarıstan
  • İtaliya
  • Latviya
  • Litva
  • Hollandiya
  • Polşa
  • Portuqaliya
  • Rumıniya
  • İspaniya
  • İsveç
  • Birləşmiş Krallıq

TƏRƏFDAŞLAR





EUROVILLAGE-DƏ NİYƏ İŞTİRAK ETMƏLİ?



HAMINIZ DƏVƏTLİSİNİZ!
TƏDBİRƏ VƏ GECƏ KONSERTİNƏ HƏR KƏS ÜÇÜN GİRİŞ SƏRBƏSTDİR.